Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdakı restoranda kütləvi zəhərlənmə ilə bağlı bir nəfər həbs edilib

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Tonqal” restoranında baş vermiş zəhərlənmə ilə əlaqədar bir nəfər həbs edilib

BAKI, 8 sentyabr — Sputnik. Paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında avqustun 11-də üçü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakı Şəhər Prokurorluğundan bildiriblər ki, Qasımov İlham İdris oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0