Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mingəçevirdə 10 gün əvvəl batan şəxsin meyiti tapıldı

© pixabay / greekfood-tamystikaDənizdə batan adam. Arxiv şəkli
Dənizdə batan adam. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 7 sentyabr — Sputnik. Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 29-da Mingəçevir su anbarında batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun axtarışları başa çatıb.

K.Hüseynovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, avqustun 29-da başlanan axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17-1V" helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunmuşdu.

Xəbər lenti
0