05:26 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Ana ölümü ilə bağlı cinayət işi başlandı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
44 0 0

Tibb işçisinin günahı sübut edilsə, onu 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir

BAKI, 7 sentyabr — Sputnik. Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Şimal-qərb bürosunun məlumatına görə, sentyabrın 5-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızının doğuş zamanı ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Təcili yardım avtomobili, arxiv şəkli
© Sputnik / Murad Orujov

Tibb işçisinin (yaxud işçilərinin) günahları sübuta yetiriləcəyi təqdirdə, onları iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 5-də Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saatlarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

Əlaqədar

Daha bir körpə ölümü baş verdi – Son iki gündə ikinci hadisə
Gəncədə yeni doğulmuş körpə öldü, səbəb bəlli deyil
Azərbaycanda 2 yaşlı körpə əməliyyat masasında öldü
Azərbaycanda daha bir körpə ölümü baş verib
Teqlər:
doğuş, cinayət işi, ana ölümü, Rayon Mərkəzi Xəstəxanası, Zaqatala rayonu

Əsas mövzular