19:07 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Doğum evlərindən birində, arxiv şəkli

Daha bir körpə ölümü baş verdi – Son iki gündə ikinci hadisə

© Sputnik / Vladimir Vyatkin
HADİSƏ
Qısa URL
97 0 0

Həkimlər doğuş zamanı dölün ölü doğulduğunu bildirirlər

BAKI, 7 sentyabr — Sputnik. Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

T.Sultanovanın qayınatası Salman Sultanov "Report"un yerli bürosuna açıqlamasında hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib: "Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə "Report"un yerli bürosuna deyib ki, doğuş zamanı döl ölü doğulub: "Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur".

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Gəncədə yeni doğulmuş körpə öldü, səbəb bəlli deyil
Azərbaycanda daha bir körpə ölümü baş verib
Zaqatalada doğuş zamanı körpə ölüb
Gəncədə yeni doğulan körpə öldü
Teqlər:
həkim, döl, ölüm, doğuş, körpə, Quba rayonu

Əsas mövzular