21:05 19 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0253
  • EUR1.9349
Körpə əli, arxiv şəkli

Gəncədə yeni doğulmuş körpə öldü, səbəb bəlli deyil

CC0 / SeppH / Baby
HADİSƏ
Qısa URL
39 0 0

Ananın vəziyyətinin normal olduğu bildirilir

BAKI, 7 sentyabr — Sputnik. Gəncə şəhərində yeni dünyaya gələn körpə ölüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Göygöl rayonundan olan 1998-ci il təvəllüdlü Quşqara kənd sakini Məmmədova Nuranə Nurəli qızı Gəncədə yerli xəstəxanaların birində qız uşağı dünyaya gətirib.

Lakin körpə doğuşdan sonra hələlik bilinməyən səbəbdən dünyasını dəyişib.

N.Məmmədovanın vəziyyətinin normal olduğu bildirilir.

Xatırladaq ki, bu gün səhər Zaqatala rayonunda 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib, bir qədər sonra halı pisləşib və vəfat edib. 

Teqlər:
doğuş, Gəncə şəhəri, ölüm, körpə

Əsas mövzular