18:15 13 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
HADİSƏ
Qısa URL
192 0 0

15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb

BAKI, 6 sentyabr — Sputnik. Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Lakin ata ovladının ölümünə inanmayaraq onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafisə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb.

Qeyd edək ki, A.Məmmədov Abşeron rayon Saray qəsəbə A.Müzəffərov adına 2 sayli tam orta məktəbin 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
basdırma, ata, xəstəxana, uşaq, məktəbli, elektrik cərəyanı, Abşeron rayonu

Əsas mövzular