09:15 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
HADİSƏ
Qısa URL
191

S.Xəlilov hadisə yerində dünyasını dəyişib

BAKI, 6 sentyabr — Sputnik. Bakıda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan-ın Trend-a istinadla məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 4a, mənzil 6-da baş verib.

Ev sahibi, 1974-cü il təvəllüdlü Xəlilov Samir İsrafil oğlu yaşadığı mənzilin eyvanında aparılan təmir işləri ilə bağlı qaynaqçı Əliyev Rafiq İsmixan oğluna kömək edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

S.Xəlilov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər:
ölüm, qaynaqçı, elektrik, bədbəxt hadisə

Əsas mövzular