13:42 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Cinayət Məcəlləsi

İsmayıllıda ciddi cinayət faktı ortaya çıxıb

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
285 0 0

Toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

BAKI, 5 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən "Raqib-FK" MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 m3 həcmində gilin çıxarıldığı məlum olub.

Faktla bağlı "Raqib-FK" MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Əlaqədar

Təbiət onlara qənim kəsilib, gah suyu bol eləyir, gah tamamilə kəsir
Bakının təbiətinə qənim kəsilənlər durub dincəlmirlər
Ağac "qatili" təbiətə külli miqdarda zərər vurub
Teqlər:
"Raqib-FK" MMC, reyd, fakt, ziyan, təbiət, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular