Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı metrosunda həyəcanlı anlar: Ər arvadını hamının gözü qarşısında bıçaqladı

© Photo : Facebook / bakimetropoliteniBakı metropoliteninin stansiyalarından biri, arxiv şəkli
Bakı metropoliteninin stansiyalarından biri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
B. Məmmədov qeyd edib ki, qadını bıçaqlayan həyat yoldaşı polis tərəfindən saxlanılıb

BAKI, 4 sentyabr — Sputnik. "Bakı Metropoliteni"ndə bıçaqlanma hadisəsi baş verib. 

Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. 

Onun sözlərinə görə, hadisə "Nəsimi" metro stansiyasında baş verib: "Bu gün saat 19:23 radələrində metronun platformasında ər və arvad mübahisə edib. Kişi həyat yoldaşına iki bıçaq zərbəsi yetirib. Qadın təcili tibbi yardımla xəstəxanaya aparılıb". 

B. Məmmədov qeyd edib ki, qadını bıçaqlayan həyat yoldaşı polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0