Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Milli Parka silahlı daxil olan şəxslər saxlanılıb

© pixabay / jasongillmanДым из двуствольного охотничьего ружья
Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbələdə qanunsuz ov cəhdinin qarşısı alınıb

BAKI, 4 sentyabr — Sputnik. Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi və 15 ədəd güllə götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı qanun pozucularının Qəbələ rayon Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Xəbər lenti
0