Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ana və qızını amansızlıqla öldürən şəxs Bakıda tutuldu

CC0 / cocoparisienne / handcuffsНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib

BAKI, 1 sentyabr — Sputnik. Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, rayonun Qarazəncir kənd sakinləri 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvəllər məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, qətl hadisəsi bir neçə gün öncə baş verib. Qatil Firuzənin başını kəsib, 50 metr sürüyüb və tövlədə gizlədib. Sənubərə isə təcavüz edəndən sonra evdə yaylıqla boğub.

Ana və qız vərəm xəstəsi olduğu üçün qapalı şəraitdə yaşayırmışlar. Onların evinə kimsə gəlib-getmirmiş. Meyitlər iylənəndən sonra aşkar edilib.

Xəbər lenti
0