03:32 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Эмблема ANAMA (Азербайджанское национальное агентство по разминированию), фото из архива

Bu bölgəmizin sakinləri böyük bir təhlükədən qurtuldular

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
44 0 0

Masallıda top mərmisi aşkar edilib

BAKI, 29 avqust — Sputnik. Avqustun 28-də saat 21:35-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 21:56-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Masallı rayonu, Hişkədərə kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Masallı rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2018-ci il 29 avqust tarixində saat 02:35-də yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 76 millimetrlik top mərmisi (OF-350A) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Əlaqədar

Bakıda top mərmisi aşkarlandı
Xırdalanın mərkəzində binada top mərmisi tapıldı
Azərbaycanda top mərmiləri cəbhədən 500 km aralıda tapıldı
Bakıda top mərmisi aşkarlanıb

Əsas mövzular