Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtobus sürücüləri arasında dava düşdü, 4-ü xəsarət aldı

© Sputnik / Murad OrujovAvtobus salonunda çəkic
Avtobus salonunda çəkic - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır

BAKI, 28 avqust — Sputnik. Tərtər rayonunda şəhərdaxili sərnişin daşıması ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib.

"Report"un verdiyi məlumata görə, dava zamanı Tərtər rayon sakinləri Səvdimalı Əsədov, Feyruz Əsədov, Azər Nağıyev və Namiq Burcəliyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır. Belə ki, şəhərdaxili sərnişin daşımada xətt rəhbərləri olan Azər Nağıyev və Səvdimalı Əsədov bir-birinin hərəkət istiqamətinə daxil olduğunu iddia edərək əvvəlcə mübahisə ediblər. Nəticədə dava düşüb.

Hadisəni Tərtər rayon Polis Şöbəsindən də təsdiq ediblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0