15:56 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli

Azərbaycanlı ər-arvadın meyiti tapıldı: 38 və 33 yaşları vardı

© Sputnik / Natalya Seliverstova
HADİSƏ
Qısa URL
630 0 0

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb

BAKI, 27 avqust — Sputnik. Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb.

Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və xanımı 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb.

Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Teqlər:
ər-arvad, Novosibirsk, itkin, meyit, azərbaycanlı

Əsas mövzular