04:08 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Qəza nəticəsində zədələnmiş avtomobil, arxiv şəkli

Oğuzda yol qəzası olub, xəsarət alanlar var

© Foto: REPORT
HADİSƏ
Qısa URL
135 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 26 avqust — Sputnik. İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Şəki istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Ramil Şirvan oğlu İsmayıllı və onun sərnişini, 2002-ci il təvəllüdlü Elteran Elmar oğlu Zülfüqarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz rayonundan çağırılmış təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan R. İsmayıllının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular