21:07 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Bakıda polis maşınları

Avtoritetin əli: Bakıda zibil qutusunda bədən hissələri tapılan şəxs kimdir?

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
1354101

Kəsilmiş əlin üzərindəki döymə onun sahibinin həbsxananın təkadamlıq kamerasında cəza çəkdiyini göstərir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Bakıda vəhşicəsinə törədilmiş qətl hadisəsi qeydə alınıb. Ötən bazar günü Suraxanı rayonunun Bülbülə qəsəbəsində zibil qutusunda kəsilmiş kişi əli tapılıb. Suraxanı Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kişinin sağ əli kəsilib.

Bədən üzvünə baxış zamanı əlin balta vasitəsilə kəsildiyi müəyyən edilib. Ekspertlər əlin üzərində döymə aşkarlayıblar. Döymədə nərd oyunu zamanı istifadə edilən 5 nöqtəli zər təsvir olunub. Kriminal aləmdə belə döymələr onun sahibinin həbsxana müddətini təkadamlıq kamerada keçirdiyini ifadə edir. Lakin barmaq izlərinin olduğu məlumat bazasında aparılan araşdırmalar kriminalistlərə heç bir ipucu verməyib. Böyük ehtimalla qətlə yetirilmiş şəxs əvvəllər Rusiyada, ya da digər MDB ölkəsində həbsdə yatıb.

Hüquq müdafiəçisi, penitensiar sistem üzrə mütəxəssis Eldar Zeynalov Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, kriminal dünyanın qanunlarına görə, adətən təkadamlıq kamerada cinayətkar avtoritetlər oturur. Onları hətta digər cinayətkarlardan da təcrid edirlər. Eyni zamanda, təkadamlıq kameralara o adamları yerləşdirirlər ki, onların qaydaları pozmaq təhlükəsi var, yaxud da onların şəxsi həyatı təhlükə altındadır.

İstintaq-əməliyyat qrupu, hələlik bədənin tapılmış hissəsi əsasında nəsə deməyə çətinlik çəkir. Cinayətin tam mənzərəsinin aydın olması üçün onlar bədənin digər hissələrinin də tapılmasını gözləyirlər. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Azərsu ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektorunda Makarov tapançası ilə qətlə yetirilərək hissələrə parçalanmış kişi meyiti tapılıb. Onun saçları, qaş və kiprikləri qırxılmış başı da aşkarlanmışdı. İstintaq orqanlarının qənaətinə görə, qatil öz qurbanını ona görə bu hala salıb ki, onu tanımaq mümkün olmasın. Öldürülən şəxsin paltarları da tapılmayıb. İndiyədək itkin düşmüş şəxslərlə bağlı məlumat bazasında aparılan tədqiqatlar da bir nəticə verməyib. İstintaq orqanlarına cinayətin izinə düşmək üçün indiyədək heç bir informasiya daxil olmayıb.

Xatırladaq ki, əvvəllər mütəxəssislər qətlin şəhər kənarındakı kimsəsiz yerlədən birində törədildiyini güman edirdilər. Sonra belə versiya irəli sürüldü ki, hadisə Bilgəh qəsəbəsi ərazisində baş verib. Bunu cəsədin hissələrinin tez tapılması da göstərib. Qatil öz qurbanının bədən hissələrini onun tapıldığı yerin yaxınlığında kanalizasiya kollektoruna atıb.

Əlaqədar

Bakıdakı tükürpədici cinayətdə yeni tapıntı: kəsilmiş ayaq...
Parçalara bölünüb Hövsan kollektoruna atılmış şəxs kimdir?
Teqlər:
kəsilmiş, bədən üzvü, zibil qutusu, kriminal avtoritet, əl, Bakı

Əsas mövzular