Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ukraynada polis Azərbaycan vətəndaşını öldürdü

© Sputnik / Stringer / Mediabanka keçidМашина "Скорой помощи" на месте взрыва в центре Киева
Машина Скорой помощи на месте взрыва в центре Киева - Sputnik Azərbaycan
Abunə olmaq
Piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb

BAKI, 22 avqust — Sputnik. "Mitsubishi" markalı xidməti polis maşını M-05 Kiyev-Odessa avtomagistralı ilə hərəkət zamanı yolu keçməyə çalışan piyadanı vurub öldürüb.

Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb. Bu barədə patrul polisinin mətbuat xidmətindən bildiriblər.

Mənbə əlavə edir ki, aldığı xəsarətlərdən elə hadisə yerində ölmüş piyada Azərbaycan vətəndaşıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0