23:43 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Hindistanın şimalında Kerala əyalətində leysan yağışların nəticəsində kənd su altında qalıb

Leysan yağışları bəzi kəndləri məhv etdi

© REUTERS / Sivaram V
HADİSƏ
Qısa URL
202 0 0

Bölgəni təyyarədən izləyən baş nazir Narendra Modi isə 71 milyon dollarlıq yardım edəcəyini bildirib

BAKI, 20 avqust — Sputnik. Hindistanın şimalındakı Kerala əyalətində leysan yağışlar 350 nəfərin ölümünə səbəb olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, günlərdir davam edən leysan yağışları bu gün ara verib.

Yağışlar dayanan kimi xilasetmə işlərinə başlanılıb. Əməliyyatlara hava qüvvələri və donanmaya aid helikopterlər də dəstək verir.

Çayların daşması səbəbilə 5 minə yaxın insan köməksiz vəziyyətdə qalıb.

Yerli siyasətçi Saji Cerian canlı yayımda bölgədə vəziyyətin ağır olduğunu dilə gətirərək onlara helikopter göndərilmədiyi təqdirdə insanların öləcəyini bildirib.

Keralada hökümətin nəzarətində olan qayıqlardan əlavə balıqçı qayıqları da xilasetmə işlərinə qoşulub.

Bölgəni təyyarədən izləyən baş nazir Narendra Modi isə 71 milyon dollarlıq yardım edəcəyini bildirib.

Xilasetmə əməkdaşları sel səbəbilə torpaq sürüşmələrinin baş verdiyini, bəzi kəndlərin tamamilə xəritədən silindiyini qeyd edib.

Mobil operatorlar ərazidəki xalqa yardım edə bilmək üçün pulsuz internet və danışqları verib. Evsiz qalan insanlar üçün sığınacaqlar salınıb. Gigiyenik şərtlər səbəbilə epidemiya xəstəliklərinin yayılacağı ehtimal edilir.

Əsas mövzular