Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda faciə: Ot biçmək istədi, dəryazın üstünə yıxıldı

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidOt tayası
Ot tayası - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir

BAKI, 19 avqust — Sputnik. Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla verdiyi məlumata görə, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.

Xəbər lenti
0