Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Böyük şəhərlərin yerində nəhəng dalğalar yaranacaq

© REUTERS / YomiuriВодовороты после цунами в префектуре Фукусима, Япония
Водовороты после цунами в префектуре Фукусима, Япония - Sputnik Azərbaycan
Abunə olmaq
Qlobal istiləşmə güclü sunamilərin sayını artıracaq, indi təhlükəsiz, qoruma altında hesab edilən ərazilərdə böyük dalğalar yaranacaq

BAKI, 19 avqust — Sputnik. Qlobal istiləşmə güclü sunamilərin sayını artıracaq, indi təhlükəsiz, qoruma altında hesab edilən ərazilərdə böyük dalğalar yaranacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Virciniya ştatının Politexnik Universitetinin alimləri Çinin və Makaonun  gələcək taleyini araşdırıb. 

Пресс-конференция на тему Долгосрочные и краткосрочные изменения климата и их влияние на Азербайджан - Sputnik Azərbaycan
Ekoloq: “Qlobal istiləşmə Azərbaycana mənfi təsir göstərməyəcək”

Alimlərin fikrincə, ərazinin təhlükəli hesab edilməsi üçün  8,8 bal gücündə zəlzələ olmalıdır. Ancaq buna baxmayaraq, 2060-cı ildə dəniz səviyyəsi yarım metr arta bilər ki, bu da böyük dalğalar riskini 2 dəfə artırır. 2100-cü ildə isə su 1 metr qalxdığı zaman təhlükə 4,7 faiz artacaq. 

İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Zəlzələ qurbanlarının sayı 500-ə çatır

Təhlükənin əsas mənbəyi Manila çökəkliyi, Cənubi Çin dənizinin dibində, iki tektonik plitənin toqquşması nəticəsində ortaya çıxan əhəmiyyətli çatlaqdır. Bu, çoxsaylı zəlzələlərə səbəb olur. Bu ərazilərdə zəlzələnin gücü 7,8-dən çox olmayıb (bu fəlakət 1560-cı illərdə baş verib). Ancaq önümüzdəki onilliklərdə və kiçik zəlzələlər qatil dalğalara səbəb olmaq üçün yetərli olacaq — bu, kompüter simulyasiyası ilə təsdiqlənir.

Alimlər Cənubi Çini yüksəlməyə meylli olduğu və ətrafında sıx şəhərlər yerləşdiyi üçün araşdırmağa başlayıblar. Çünki burada qlobal istiləşmənin mümkün nəticələri daha çox ortaya çıxacaq. 

Ancaq bu, o demək deyil ki, digər ərazilər təhlükəsizdir. Alimlər təbii fəlakətlərdən daha çox zərər görə biləcək ərazilərin siyahısını tutub. Siyahıya Tokio, İyokoqama, Manila, Çin, Osaka, Cakarta, Yaponiyada Naqoya, Kalkutta, Şanxay, Los-Anceles, Tehran və s. şəhərlər daxildir.

Xəbər lenti
0