Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtobusda xoşagəlməz hal yaşandı

© Sputnik / Murad OrujovАвтобус, фото из архива
Автобус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstismarçı şirkət həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edib

BAKI, 17 avqust — Sputnik. Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb. 

Xaliq Faiqoqlu MMC-dən "Report"a verilən məlumata görə, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır. 

Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda sərnişin avtobusunda gözlənilməz hadisə

Bildirilib ki, həmçinin, həmin şəxs sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilən dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.

Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarına nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.

İstismarçı şirkət həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edib.

Xəbər lenti
0