Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtaliyada körpü aşdı: Onlarla ölü

© Photo : Twitter / Polizia di StatoОбрушившийся мост в Генуе, Италия
Обрушившийся мост в Генуе, Италия - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyanın baş naziri Cuzeppe Konte məsələni öz nəzarəti altına götürüb

BAKI, 14 avqust — Sputnik. İtaliyanın şimalında yerləşən Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində onlarla insan ölüb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Genuya Təcili Tibbi Yardım Xidməti məlumat yayıb. Ölkənin Nəqliyyat Nazirliyi isə 7 nəfərin öldüyünü bildirir.

​Körpünün uçması nəticəsində onlarla insan dağıntıların altında qalıb. Hadisə yerinə xilasedicilər və kinoloqlar gəlib. Xilasetmə işlərində ümumilikdə 40 nəfər olub.

​İtaliyanın baş naziri Cuzeppe Konte məsələni öz nəzarəti altına götürüb və daima insident barədə məlumat alır.

Xəbər lenti
0