23:14 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9423
Здание Министерства внутренних дел Азербайджанской Республики

İstirahət günlərində 8 qəza baş verib, ölənlər var

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
6 0 0

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

BAKI, 13 avqust — Sputnik. Ötən iki gün ərzində daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 11-dən 13-dək ölkədə 195 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Əsas mövzular