Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda taksi qəza törədib, üç nəfər xəsarət alıb

© Photo : REPORTBakıda qəza
Bakıda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda taksi işıqforun qırmızı işığından keçərək qəza törədib, xəsarət alanlar var

BAKI, 11 avqust — Sputnik. Paytaxtın Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib və idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "VAZ 2107"-yə çırpılıb. 

"VAZ 2107"in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb. 

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər lenti
0