23:15 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9423
Goranboy rayonu Borsunlu kəndində əkin sahəsi

Ehtiyatsızlıqdan 1 hektar ərazini məhv etmiş şəxs saxlanıldı

© Sputnik / Elnur Salayev
HADİSƏ
Qısa URL
31 0 0

Beyləqan və Oğuzda biçilmiş taxıl sahələrini yandıran şəxslər saxlanıldı

BAKI, 11 avqust — Sputnik. Avqustun 10-da Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini Qubad Həsənalıyev özünə məxsus 1 hektar biçilmiş taxıl sahəsini yandırıb və alov həmkəndlisi Əli Bədəlova məxsus 0,25 hektar sahəyə keçib. 

Bu barədə Sputnik Azərbaycan-a DİN-dən məlumat verilib.

Məlumata əsasən, həmin gün rayonun Yuxarı Aran kənd sakini Sahil Əzizov həmkəndlisi Gündüz Qarayevə məxsus biçilmiş taxıl sahəsində mal-qara otararkən siqaret kötüyünü söndürmədən yerə atdığı üçün 1 hektar ərazidə küləş yanıb.

Yanğınların qarşısı alınıb, xəsarət alan olmayıb.

Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Q.Həsənalıyev və S.Əzizov saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) ilə protokollar tərtib edilib.

Oğuz rayonunda da biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb. Belə ki, avqustun 9-da Xaçmaz kəndi ərazisində kənd bələdiyyəsinə məxsus 25 hektar biçilmiş taxıl sahəsində küləşi yandırmış sakinlər Sərvan Abdulrəhmanov və İlham Cəlilov İXM-nin 244-1-ci maddəsinə (əkin yerinin yandırılması) əsasən məsuliyyətə cəlb edilərək hər biri 400 manat məbləğində cərimə ediliblər.

Əlaqədar

Mərkəzi Xəstəxanadakı yanğınla bağlı təzadlı məlumat yayılıb
Ölkədə meşə yanğınları "qırmızı xətt"i keçir, hüquq-mühafizə orqanlarına müraciət olundu
Meşə yanğını bu əraziyə də keçdi
Bakıda məşhur biznes mərkəzində yanğın olub

Əsas mövzular