04:37 21 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Bakı- Sumqayıt şossesi

Sumqayıt şossesində növbəti qətl: Bu dəfə "Aşıqlar" kafesində

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
355 0 0

Hüquq-mühafizə orqanları kafedə gənci döyüb öldürən adamı axtarır

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bu gecə Binəqədi rayonunda qəsdən adam öldürmə faktı qeydə alınıb. Bu barədə Sputnik Azırbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, qətl hadisəsi Sumqayıt şossesində yerləşən "Aşıqlar" kafesində törədilib. Naməlum şəxs kafedə Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Həmzəyev Cavid Şahid oğlunu möhkəm döyüb. Hadisə yerinə təcili yardım çağırılıb. Xırdalan şəhər Təcili Tibbi Yardım Stansiyasının təcili yardım briqadası hadisə yerinə gedib. Lakin Həmzəyev xəstəxanaya gedən yolda dünyasını dəyişib. Ölümün baş vermə səbəbi kəllə-beyin travması olub.

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi açılıb. Hələlik heç kəs saxlanmayıb. İstintaq qətlin törədilməsində iştirak edən adamın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, bu gecə Bakıda iki qətl hadisəsi törədilib. İkinci cinayət Sabunçu rayonu ərazisində yerləşən "Naxçıvan" restoranında olub. Burada odlu silahdan açılan atəş nəticəsində əvvəllər AR Cinayət Məcəlləsinin 127-ci maddəsi (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü paytaxt sakini Namiq Məhərrəm oğlu Allahverdiyev qətlə yetirilib. Onunla yanaşı 1984-cü il təvəllüdlü Elxan Nazim oğlu Kərimova da ağır xəsarət yetirib.

Əlaqədar

Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Gədəbəydə qətl törədilib: Öldürüb, meyitini yol kənarına atdılar
Salyan sakini dəhşətli qətl törətdi
Dəlixanada qətl olacaq
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı

Əsas mövzular