Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kişi arvadını kürəyindən bıçaqladı

Abunə olmaq
Bakıda bıçaqlanma ilə başa çatan ailə dramı baş verib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bakıda qadın ailə dramının qurbanı olub. 3 saylı şəhər kliniki xəstəxanasına kürəyindən bıçaq yarası almış Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Abbasova Turanə Əlövsət qızı gətirilib.

Bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Zərərçəkmişin vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, avqustun 8-də saat 18:00-da Abbasovaya həyat yoldaşı, 1984-cü il təvəllüdlü Vəliyev Yalçın Yusif oğlu bıçaq zərbəsi endirib. 24-cü polis bölməsinin əməkdaşları Vəliyevi saxlayaraq istintaqa təhvil veriblər. Məlumata görə, kişi arvadı ilə münasibətlərinə aydınlıq gətirərkən bıçağa əl atıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0