05:02 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
YPX əməkdaşı

DYP kütləvi reydlər keçirir, cərimələnənlər var

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
178810

Reydlər avqust ayının sonuna qədər davam etdiriləcək

BAKI, 10 avqust — Sputnik. "Təmiz hava" aylığı çərçivəsində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən reydlər davam etdirilir. Bu ərəfədə Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsi və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Şabran rayon ərazisində avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirilib.

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verib. Məlumata görə, reyd zamanı xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub.

Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb.

Bununla yanaşı, reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib.

"Təmiz hava" aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək.

Əlaqədar

Diqqət: DYP-dən sürücülərə və avtomobil sahiblərinə xəbərdarlıq
DYP: Belə nəqliyyat vasitələri şəhərə buraxılmamalıdır
DYP sürücülərə çağırış edir
DYP-nin bu səlahiyyəti də əlindən alındı, BNA-ya verildi - Mühüm dəyişiklik
DYP-nin qoruması altında olan 50 avtomobil yandı: Bunun ziyanını kim ödəyəcək?
Bakıda məşhur müğənni polisə və DYP avtomobilinə xəsarət yetirdi
Teqlər:
avtomobil, sürücü, protokol, çirkləndirmə, ekologiya, Dövlət Yol Polisi, "Təmiz hava" aylığı

Əsas mövzular