Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu qızı görənlərdən dərhal polisə məlumat vermələri xahiş olunur

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
O, evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub

BAKI, 10 avqust — Sputnik. Gəncədə itkin düşən qız yaxınları tərəfindən axtarılır. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

© Photo : DİN mətbuat xidmətiRəsmiyyə Kərimova
Rəsmiyyə Kərimova - Sputnik Azərbaycan
Rəsmiyyə Kərimova

Onun əlamətləri belədir: Boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara. Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050)314-14-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0