Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda iki kriminal qruplaşma arasında atışma baş verib - Şok detallar

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gecə "Naxçıvan" kafesində baş verən silahlı insidentin təfərratı ortaya çıxıb

BAKI, 10 avqust — Sputnik. Sabunçu rayonunun Ramana qəsəbəsində, məcburi köçkünlərin "Şuşa şəhərciyi"nin ərazisindəki "Naxçıvan" kafesində avqustun 9-da silahlı insident olub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda silahlı insident baş verib, 1 nəfər ölüb

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Belə ki, gecə saat 22:00 radələrində naməlum şəxs "Kalaşnikov" markalı avtomatla kafeyə daxil olaraq atəş açıb. Bakı şəhər sakinləri — əvvəllər AR Cinayət Məcəlləsinin 127-ci maddəsi (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Namiq Məhərrəm oğlu Allahverdiyevə və 1984-cü il təvəllüdlü Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə ağır yaralanaraq 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Hazırda həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.

İlkin məlumata görə, cinayətin törədildiyi yerə dərhal Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçıları, həmçinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib, ərazi Daxili Qoşunların bölmələri tərəfindən mühasirəyə alınıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü "isti izlər"lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər AR Cinayət Məcəlləsinin 226-cı (Radioaktiv materiallarla qanunsuz davranma), 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1967-ci il təvəllüdlü Hikmət Rzaqulu oğlu Abbasquliyev olması müəyyən edilib. Şübhəli şəxs görülmüş tədbirlər nəticəsində saxlanıb.

O da məlum olub ki, Abbasquliyev, həmçinin Rusiyada RF Cinayət Məcəlləsinin 105.1 (qəsdən adam öldürmə) maddəsi ilə də həbsdə yatıb və lap yaxınlarda cəzaçəkmə müəssisəsindən çıxıb.

Abbasquliyev ələ keçirilərkən ondan 1 ədəd nömrəsi silinmiş "AKMS" markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Onunla yanaşı, cinayətin digər iştirakçıları da məlum olub. Onlar — 1986-cı il təvəllüdlü Xudiyev Babək İsa oğlu və 1984-cü il təvəllüdlü Xudiyev Çingiz İsa oğlu qardaşlarıdır. Cinayətdə iştirak edən digər şəxslərin isə Qadir və Oqtay adlı qardaşlar olduğu müəyyən edilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisənin digər iştirakçılarının da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb və cinayətin detalları araşdırılır. Hələlik bu qarşıdurmanın iki cinayətkar qruplaşma arasında baş verdiyi məlumdur.

Xəbər lenti
0