23:14 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Paytaxtda silahlı insident baş verib, 1 nəfər ölüb

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
230 0 0

Bakıda restoranda silahlı insident baş verib

BAKI, 10 avqust — Sputnik. Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

“Report” xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində 1 nəfər ölüb, 1-i yaralanıb.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Əsas mövzular