10:56 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Avtobus

Bakıda avtobus aşdı - Sürücü öldü

© Sputnik /
HADİSƏ
Qısa URL
659 0 0

Hadisə zamanı avtobusda sərnişin olmayıb

BAKI, 10 avqust — Sputnik. Bu gün saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 HM 363 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, sərnişin avtobusu sonuncu dayanacaqda dərədən aşıb.

Hadisə zamanı avtobusda sərnişin olmayıb. Avtobusun sürücüsü Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.

BNA-dan bildirilib ki, sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bildiririk ki, bu cür məlumatlar insanlar arasında çaşqınlıq süni ajiotajın yaranmasına səbəb olur. Xahiş edirik ki, bu cür hadisələr zamanı Bakı Nəqliyyat Agentliyinin yaydığı rəsmi məlumatlara istinad edilsin.

Məlumat üçün onu da bildiririk ki, əvvəllər açıqladığımız kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib”.

Əlaqədar

Avtobus zəncirvari qəza törətdi, yaralılar var
Bakıda avtobus sürücüsündən ağlasığmaz əməl - VİDEO
Azərbaycanda ağır avtobus qəzası baş verib, ölən var
Avtobus dərəyə aşdı, onlarla insan öldü
Türkiyədə ağır avtobus qəzası, onlarla yaralanan var
Bakıda avtobus yolunda “ölüm oyunu” davam edir - VİDEO
Teqlər:
jurnalist Sevinc İltifatqızı, toy mərasimi, bəy, Tovuz rayonu, gəlin, spirtli içki

Əsas mövzular