Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır namus cinayəti törədilib

© Sputnik / Murad OrujovНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kişi qardaşının arvadını qətlə yetirib

BAKI, 9 avqust — Sputnik. Bakıda "namus cinayətləri" kateqoriyasından olan növbəti qətl hadisəsi baş verib. Bu dəfə də cinayətin qurbanı gənc qadın olub. Bu barədə Sputnik Azərbaycan-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avqustun 8-də saat 07:00 radələrində Binə qəsəbəsi, Əşrəfov küçəsindəki evlərdən birində, 1975-ci il təvəllüdlü Abdullayeva Ələsgər Hafiz oğlu qardaşı arvadı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını bıçaqla qətlə yetirib. Kişi cinayəti törətdikdən sonra polisə gələrək təslim olub.

Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, qardaşı arvadını qısqanclıq zəminində öldürüb. O, bu yolla qardaşının ailəsinin şərəf və namusunu qoruduğunu deyib.

Faktla bağlı AR CM-nin "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb, Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0