Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kosmik cisim Yerə çırpılıb, tələfat barədə məlumat verilmir

© Sputnik / Vladimir AstapkovichМетеорный поток Персеиды, наблюдаемый в Московской области
Метеорный поток Персеиды, наблюдаемый в Московской области - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunur ki, meteoritin düşdüyü ərazidə çox sayda nüvə raketləri və silah var

BAKI, 9 avqust — Sputnik. Keçən həftə dünyaya 2000 tonluq meteorit çırpılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, NASA-nın da təsdiq etdiyi məlumata görə, iyulun 25-də ABŞ-da hərbi bazalardan birinin yanına meteorit düşüb. Məlumata görə, ABŞ hava qüvvələrinə aid bazanın yaxınlığında yerə düşən meteorit 2000 tonluq güclə dünyaya çırpılıb.

Hadisə zamanı ölən və ya yaralananlarla bağlı heç bir məlumat verilmir.

Qeyd olunur ki, meteoritin düşdüyü ərazidə çox sayda nüvə raketləri və silah var.

Xatırladaq ki, analoji hadisə 2013-cü ildə Rusiyada baş verib. Çelyabinsk ərazisinə meteoritin düşməsi zamanı 1500 nəfər yaralanmış və çox sayda ev zərər görmüşdü.

Xəbər lenti
0