Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 6 yaşlı uşağa təcavüz edən pedofil usta tutulub

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ev sahiblərinin qısa müddətdə evdə olmamasından istifadə edən usta azyaşlıya qarşı çirkin əmələ əl atıb

BAKI, 7 avqust — Sputnik. Bakıda pedofil saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a paytaxtın Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Həbs - Sputnik Azərbaycan
Qızına 8 il təcavüz edən polis rəisi tutuldu

Suraxanı RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü Bakı sakini Elbrus Məmmədov saxlanılıb. Onunla bağlı AR Cinayət Məcəlləsinin 150-ci maddəsi (seksual xarakterli zorakılıq hərəkətləri) ilə cinayət işi açılıb.

E.Məmmədov 6 yaşlı qız uşağına qarşı cinayət törətməkdə ittiham olunur. Məlumata görə, iyulun 15-dən 18-dək Məmmədov Suraxanı rayonu, Cəfərov küçəsində yaşayan E.S.-in sifarişi əsasında onun evində usta işləyib.

İşin materiallarına görə, həmin dövr ərzində ev sahiblərinin qısa müddətdə evdə olmamasından istifadə edərək, ailənin 2012-ci il təvəllüdlü qızına yaxınlaşıb və ona qeyri-ənənəvi üsullarla təcavüz edib. Bu cinayətdən uşağın valideynləri hadisədən yarım ay keçəndən sonra xəbər tutublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, istintaq Məmmədovun təqsirini sübut edən dəlillərə malikdir. Faktla bağlı istintaq davam edir.

Xəbər lenti
0