18:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Şam ağacları

Bakının təbiətinə qənim kəsilənlər durub dincəlmirlər

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
86 0 0

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 6 avqust — Sputnik. Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ağackəsən
© Karikatura
Ağackəsən

Bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət edilib.

Ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan "məcburi göstəriş" verilib.

Əlaqədar

Yaşıllaşdırma idarəsinin ərazisində 120 ədəd hərbi sursat aşkarlandı
Alimlərin araşdırması qəribə nəticəyə səbəb olub: Ağaclar aralarında söhbət edirlər
Ağac "qatili" təbiətə külli miqdarda zərər vurub
Paytaxtın Ağac Emalı Zavodunda baş vermiş yanğın söndürülüb
Teqlər:
ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ağac, yaşıllıq, Nəsimi rayonu

Əsas mövzular