Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Sumqayıt yolunda arzuolunmaz hadisə: Hərəkət yenə dayandı

© Sputnik / Xalid MammadovBakı-Sumqayıt yolunda tıxac
Bakı-Sumqayıt yolunda tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Yolayırıcı dəmir konstruksiya, təxminən 20 metrlik məsafədə tamamilə sıradan çıxıb

BAKI, 6 avqust — Sputnik. Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi istiqmaətində tıxac yaşanıb. Buna səbəb ərazidə ağır yol qəzasının baş verməsi olub. Sputnik Azərbaycan əməkdaşının verdiyi məlumata görə, qəza nəticəsində yolayırıcı dəmir konstruksiya, təxminən 20 metrlik məsafədə tamamilə sıradan çıxıb.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti, arxiv şəkli - Sputnik Azərbaycan
Bakı-Sumqayıt yolunun yolçularına yenə xəbərdarlıq edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a veilən məlumata görə, Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində avtomobil qəzası baş verib. Bu səbəbdən də ayırıcı zolaqda yerləşən təhlükəsizlik sədləri yararsız vəziyyətə düşərək nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

"Bu məqsədlə saat 11:00- dan başlayaraq yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq. Yolun iş gedən zolaqları həm Sumqayıt, həm də Bakı şəhəri istiqamətində tam məhdudlaşdırılacaq. Digər zolaqlarda hərəkət davam edəcək. İşlər, təxminən 3-4 saat müddətinə yekunlaşacaq" — deyə AAYDA-dan bildirilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0