18:51 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Fəridə Əzizova

Dünyada tanınmış idmançımızla bağlı məhkəmə prosesi başladı

© Sputnik / Tarana Khudabakhshiyeva
HADİSƏ
Qısa URL
71 0 0

Fəridə Əzizova: "Mənə dəyən ziyan tam ödənməyənədək bu yoldan geri durmayacağam"

BAKI, 6 avqust — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Fəridə Əzizova bildirib ki, məhkəməyə inanır və haqq-ədalətin tezliklə yerini tutacağından əmindir: "Mənə dəyən ziyan tam ödənməyənədək bu yoldan geri durmayacağam".

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin sevgilisidir. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Əlaqədar

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında
Valideynləri onu məhkəməyə verdi: Evimizi tərk et…
Teqlər:
idmançı Fəridə Əzizova, oğurluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, pul

Əsas mövzular