Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda muğam ifaçısı faciəli şəkildə həyatını itirib

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
O, "Mersedes" markalı avtomobilinin idarəetməsini itirib və nəticədə qəza törədib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Bərdənin Hacallı kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, müğənni Səbuhi İbayevin dayısı oğlu, muğam müsabiqəsinin iştirakçısı olmuş Miryusif Mirizadə idarə etdiyi "Mersedes" markalı avtomobilinin idarəetməsini itirib və nəticədə qəza törədib. O, hadisə zamanı həyatını itirib.

Qəza vaxtı Novruz adlı dostu da yanında olub. Lakin Novruz sağ, ya da ölü vəziyyətdə hadisə yerində tapılmayıb. Hal-hazırda onun axtarışları davam etdirilir.

Miryusif Mirizadənin nəşi hazırda Bərdə rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə olunur.

Xəbər lenti
0