07:07 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
Şimal bölgəsində meşəlik ərazidə yanğın

Şimal bölgəsində tüğyan edən yanğının bir hissəsi söndürülüb

© Photo : FHN-nin mətbuat xidməti
HADİSƏ
Qısa URL
33 0 0

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə tüstülənmə mənbələri müşahidə olunur

BAKI, 31 iyul — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonunun Qasımqışlaq və Çayqışlaq kəndləri yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş verən yanğınlar söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri hadisə rayonuna cəlb olunub.

Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.​

Əlaqədar

Bərdədə məskunlaşmış məcburi köçkünün evini kim yandırmaq istəyir?
Meşə yanğınlarının miqyası böyüyür...
Güclü yanğınlarla bağlı vətəndaşlara çağırış-xəbərdarlıq edilir
Yunanıstanda yanğın nəticəsində ölənlərin sayı 100-ə çatır
Teqlər:
massiv, dağ, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, meşə, yanğın

Əsas mövzular