Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dörd rayonda qorxulu anlar davam edir, sakinlər səhəri küçələrdə açıblar - VİDEO

© Sputnik / Leyla AbdullayevaMeşə yanğını
Meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərin sözlərinə görə, hazırda yanğın Qubanın Çiçi kəndi ərazisindəki dağlarda davam edir

BAKI, 30 iyul — Sputnik. Şimal regionunda dünən günortadan başlayan yanğın hələ də davam edir. Sputnik Azərbaycan-ın bögə müxbirinin verdiyi məlumata görə, Siyəzəndən başlayan yanğın Şabrana, daha sonra isə Xızı rayonuna və Qubanın dağlıq bölgəsinə keçib.

Yanğın zamanı kənd təsərrüfatlarına və evlərə çoxlu ziyan dəyib. Hazırda yanğın Xızının Vərdah kəndinə çatıb, burada bir neçə evə ziyan dəyib. Kəndin içərisində yerləşən sahibsiz koma tipli bir ev tamamilə yanıb.

Yanğının fəsadları Şabranın Dağbilici və Ləcədi kəndlərindən də yan keçməyib. Belə ki, Dağbilici kəndində 10-a yaxın ot tayası, bir mal tövləsi yanıb. Çoxlu sayda toyuq-cücə tələf olub. Böyük ərazilərdə meyvə ağacları yanıb.

Yanğına məruz qalan kəndlərin sakinəri bu gecəni küçədə keçiriblər. Sakinlərin sözlərinə görə, hazırda yanğın Qubanın Çiçi kəndi ərazisindəki dağlarda davam edir.

Qeyd edək ki, yanğın hadisə Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə başlayıb. Fövqəladə Hallar Nazirlyinin rəsmi məlumatına görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd "Mi-17" helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0