15:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Baş nazir Novruz Məmmədov

Novruz Məmmədov özünü körpüdən atmaq istəyən vətəndaşı necə xilas etdi - TƏFƏRRÜAT

© Foto: APA
HADİSƏ
Qısa URL
5460 0 0

Ərazidən keçən Novruz Məmmədov nəyin baş verdiyi ilə maraqlanıb və ona bildirilib ki, intihara cəhd hadisəsi var

BAKI, 30 iyul — Sputnik. "Baş nazir Novruz Məmmədov Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə bir nəfərin çıxaraq intihara cəhd etməsi xəbərini eşitdikdən sonra yolunu dəyişərək həmin əraziyə gedib".

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əli açıqlama verib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında baş verib.

İntihara cəhd edən adam
© Foto : hadisə şahidi tərəfindən təqdim edilib
İntihara cəhd edən adam

"Səhər saat 6.00-da yol bağlanıb və sürücülər yol polisi tərəfindən Zığ şosesinə yönləndirilib. Novruz Məmmədov nəyin baş verdiyi ilə maraqlanıb və ona bildirilib ki, intihara cəhd hadisəsi var. Bundan sonra baş nazir kortecin Heydər Əliyev prospekti istiqamətində yönləndirilməsini istəyib" — deyə A.Əli bildirib.

NK sözçüsünün dediyinə görə, baş nazir hadisə yerinə gəlib və intihar edən şəxslə telefon danışığı aparıb: "Baş nazirin telefon danışığı zamanı məlum olub ki, intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur. Həmin şəxs bildirib ki, iki övladını, ailəsini tapa bilmir və onları tapa bilmədiyi üçün intihara cəhd edib".

Baş nazirlə danışdıqdan sonra Əhmədov aşağı düşüb və o, Nazirlər Kabinetinə dəvət olunub: "Baş nazir onun problemini daha dərindən öyrənib və həll edilməsi üçün müvafiq qurumlara tapşırıq verib. Hazırda həmin şəxsin ailəsinin uşaqlarının tapılması üçün iş görülür. Nəticəsi barədə məlumat veriləcək".

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac yaşanıb. Buna səbəb bir nəfərin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxması olub.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Səhər 08.50 radələrində hadisə ilə bağlı məlumat yayan Ağayev bunları qeyd edib: "Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var. Tıxac əsasən Heydər ƏLiyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır".

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Nəhayət, onu fikrindən daşındırmaq mümkün olub və yol ötürücüsünün üstündən endirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Əlaqədar

“Kristal Abşeron”da dəhşətli intihar oldu
Populyar müğənninin anasının intihar etməsi ilə bağlı yeni xəbər var
Məşhur müğənninin anası intihara əl atıb
Psixoloq: "Abituriyentlərin intihar etməsində valideynlərin də rolu var"
Çılpaq soyunması ilə dünyada məşhurlaşan qadın intihar etdi
Teqlər:
baş nazir Novruz Məmmədov, Heydər Əliyev prospekti, intihar, Bakı, körpü, tıxac

Əsas mövzular