Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda intihar tıxacı: Şəhərin bir hissəsi kilidləndi

© Sputnik / Ivan Makeev / Mediabanka keçidАвтомобильная пробка
Автомобильная пробка - Sputnik Azərbaycan
Abunə olmaq
Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxması olub

BAKI, 30 iyul — Sputnik. Bu gün səhər saatlarında Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac yaşanıb. Buna səbəb bir nəfərin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxması olub.

intihar damdan tullanma - Sputnik Azərbaycan
HADİSƏ
“Kristal Abşeron”da dəhşətli intihar oldu

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Səhər 08.50 radələrində hadisə ilə bağlı məlumat yayan Ağayev bunları qeyd edib: "Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var. Tıxac əsasən Heydər ƏLiyev prosketinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır".

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Xilasedicilər intihar etmək istəyən şəxslə söhbət aparıblar. Nəhayət, onu fikrindən daşındırmaq mümkün olub və yol ötürücüsünün üstündən endirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0