09:43 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Meşə yanğınları, arxiv şəkli

Şimal bölgəsində əhali gecəni küçələrdə keçirmək məcburiyyətində qalıb

© AP Photo / Ioanna Spanou
HADİSƏ
Qısa URL
905 0 0

Şimal bölgəsində baş verən yanğın Siyəzənin Qalaaltı və Şabranın Çıraqqala kəndindən sonra Şabranın Dağbilici kəndinə keçib.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Şimal bölgəsində baş verən yanğın Siyəzənin Qalaaltı və Şabranın Çıraqqala kəndindən sonra Şabranın Dağbilici kəndinə keçib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin sözlərinə görə, axşam saatlarında Dağbilicidə yanğın bütün kəndin ərazisini bürüyüb. 

Kənd sakini Aləmşan Nəcməddinovun sözlərinə görə, Abdulov Mehmana məxsus heyvan tövləsi yanıb kül olub.

"Axşam saatlarında yanğın qəfildən gücləndi. Əkin sahələri yandı. Örüşdə olan bir neçə baş mal-qaraya ziyan dəyib. Naxırçı heyvanları zorla kəndə çatdırıb. Evimizi zorla qoruya bildik. Fövqəladə Hallar Nazirliyinə zəng etdik, amma onlar Qalaaltını söndürdüklərinə görə kəndimizə gec gəlib çıxdılar".

Onu da qeyd edək ki, hazırda yanğın davam edir və kənd sakinləri evlərinə girməyə ehtiyat etdiklərindən gecəni küçələrdə keçirməyi nəzərdə tuturlar.

Əlaqədar

Şimal bölgəsindəki yanğın yeni əraziyə keçib - RƏSMİ
Şimal bölgəsini bürümüş güclü yanğın barədə rəsmi məlumat yayıldı
Yanğın söndürülsə də, miqyası dəhşətli olub
Daha bir bölgədə yanğın başlayıb
Şimal bölgəmizdə baş verən yanğın qorxunc miqyas alıb
Teqlər:
Yanğın, Fövqəladə Hallar Nazirliyi, Çıraqqala, Qalaaltı, Şabran, Siyəzən, Şimal bölgəsi

Əsas mövzular