Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın üç bölgəsində birdən güclü yanğın başladı

© Photo : FHN mətbuat xidmətiQəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri
Qəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir

BAKI, 28 iyul — Sputnik. Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb. Sputnik Azərbaycan APA-a istinadən xəbər verir ki, yanğın meşə massivinə də keçib.

Quba Dövlət Yanğında Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.

Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.

Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

Hər üç ərazinin dağlıq olması və güclü küləyin əsməsi yanğının söndürülməsini çətinləşdirir.

Xəbər lenti
0