Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İyulun 30-da bu xidmət ödənişsiz olacaq

CC BY 2.0 / KellyB. / MIBМужчина с портфелем, фото из архива
Мужчина с портфелем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər

BAKI, 28 iyul — Sputnik. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı, qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.

Bakı şəhərində fəaliyyət göstərən bəzi vəkil qurumlarının ünvanları ilə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:

1 saylı Vəkil Bürosu — Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 30

2 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 172

3 saylı Vəkil Bürosu — Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 65B

4 saylı Vəkil Bürosu — Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi 48A

5 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56C

6 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi 16

7 saylı Vəkil Bürosu — Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 1

8 saylı Vəkil Bürosu — Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsi 3

9 saylı Vəkil Bürosu — Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küç 17

10 saylı Vəkil Bürosu — Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 3

11 saylı Vəkil Bürosu — Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M. Qəmbərov küçəsi 11

12 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 32

13 saylı Vəkil Bürosu — Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 9A

14 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 24

15 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 12

16 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23

17 saylı Vəkil Bürosu — Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 2/11

18 saylı Vəkil Bürosu — Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 15

Bakı şəhəri və respublikanın regionlarında yerləşən digər vəkil qurumlarının ünvanları ilə bağlı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

http://barassociation.az/communities

Xəbər lenti
0