Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal-qərb bölgəsindəki müəmmaya son qoyuldu

© Photo : AzeravtoyolZaqatala
Zaqatala - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib

BAKI, 28 iyul — Sputnik. Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib. 

Fövqəladə Hallar Nazirliyi bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov iyulun 21-də itkin düşüb.

Xəbər lenti
0