Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Piyadalar yolda qəza şəraiti yaratdılar

© Sputnik / Irade JELILДевушка переходит дорогу в неположенном месте
Девушка переходит дорогу в неположенном месте - Sputnik Azərbaycan
Abunə olmaq
“BakuBus” avtobusunun yolunda növbəti təhlükəli vəziyyət yaranıb

BAKI, 27 iyul — Sputnik. “BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb.

Hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə işləyən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb.

“Baku Bus” MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yola çıxan iki nəfər avtobusun saxlanılmasını istəyib. Bu zaman avtobus üçün qəza şəraiti yaradan həmin şəxslər öz həyatlarını da təhlükə altında qoyublar. Sürücü qəzadan yayınaraq hərəkəti davam etdirdiyi vaxt isə yola çıxanlardan biri əli ilə avtobusa zərbə endirib.

İki nəfərin yola çıxaraq avtobus üçün qəza şəraiti yaratması digər avtomobillərin hərəkətinə də mane olub.

Xəbər lenti
0