Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda partlayış baş verib, həlak olan var

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayış zamanı Ağaməli Qurbanovun bədəninin 85 faizi yanıb

BAKI, 26 iyul — Sputnik. Dünən axşam saat 17.30 radələrində Sumqayıtda fəaliyyət göstərən polad emalı sexlərindən birində partlayış olub. Sputnik Azərbaycan xəbər verir ki, partlayış benzin çəni doğranarkən baş verib.

Hadisə zamanı 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Bu gün səhər 8.30 radələrində isə xəstə xəstəxanada dünyasını dəyişib.

Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, partlayış zamanı Ağaməli Qurbanovun bədəninin 85 faizi yanıb.

Onun Masallı rayon sakini olduğu və Sumqayıtda kirayə yaşadığı bildirilir.

Xəbər lenti
0