23:51 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Anti-terror əməliyyatı

İcra başçısına qarşı sui-qəsd planlaşdırmış terrorçu məhv edilib

© Sputnik / Konstantin Chalabov
HADİSƏ
Qısa URL
14915 0 0

Müəyyən olunub ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib

BAKI, 25 iyul — Sputnik. Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən daha biri məhv edilib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

  • Sərxani Ağa Hüseyn oğlu
    Sərxani Ağa Hüseyn oğlu
    © Foto : AR-nın Baş Prokrorluğunun mətbuat xidməti
  • Sərxani Ağa Hüseyn oğlu
    Sərxani Ağa Hüseyn oğlu
    © Foto : AR-nın Baş Prokrorluğunun mətbuat xidməti
  • Sərxani Ağa Hüseyn oğlu
    Sərxani Ağa Hüseyn oğlu
    © Foto : AR-nın Baş Prokrorluğunun mətbuat xidməti
  • Sərxani Ağa Hüseyn oğlu
    Sərxani Ağa Hüseyn oğlu
    © Foto : AR-nın Baş Prokrorluğunun mətbuat xidməti
  • Sərxani Ağa Hüseyn oğlu
    Sərxani Ağa Hüseyn oğlu
    © Foto : AR-nın Baş Prokrorluğunun mətbuat xidməti
1 / 5
© Foto : AR-nın Baş Prokrorluğunun mətbuat xidməti
Sərxani Ağa Hüseyn oğlu

Məlumata görə, Yunis Səfərovla birlikdə E.Vəliyevə qarşı sui-qəsd planları hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Müəyyən olunub ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

Qeyd edək ki, iyulun 3-ü axşam saat 20:30 radələrində Gəncə şəhər univermağının qarşısında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd aktı törədilib. Hər iki şəxsin baş nahiyyəsinə "Makarov" tipli tapançadanatəş açılıb.

Faktla bağlı 1983-cü il təvəllüdlü yerli sakin Yunis Səfərov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 və 120.2.7 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi açılıb. 

İyulun 16-da isə hadisə ilə əlaqədar daha dörd nəfər həbs edilib. Həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir. 

Hadisə ilə bağlı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq araşdırmaları hazırda da davam etdirilir. Vəliyevə qarşı qəsdin istintaqı Azərbaycan prezidenti İlham Əliyevin şəxsi nəzarətindədir.

Əlaqədar

Gəncə hadisələri ilə bağlı daha 1 nəfər öldürülüb
Gəncə hadisələri xəbər istehsalçılarının problemlərini ortaya çıxardı
Rəsmi Tehran Gəncədə baş verən terror aktı və "İran izi" ittihamına reaksiya verdi
Gəncə terrorunun təşkilatçısının adı və fotosu açıqlandı
Gəncə terrorçusunun hansı şəraitdə öldürüldüyü bilindi
Sumqayıtda xüsusi əməliyyat: Gəncə ssenarisinin qarşısı alındı
Teqlər:
Elmar Vəliyev, GŞİH, başçı, Gəncə Şəhər İcra Hakimiyyəti, sui-qəsd

Əsas mövzular